Bakü Barbekü , yerli brend olaraq sürətli yemək sahəsinə yeni söz gətirmişdir. Xüsusi formada doğranmış ət bilavasitə kömür üzərində hazırlanır. Mütəxəssislərimiz tərəfindən öncədən döğranmış ətin bilavasitə çörəyə və ya lavaşa doldurmadan öncə xüsusi alətlərin köməyi ilə kömürdə bişirilməsinin yolu nəhayət ki, tapıldı. Ekskluziv hazırlanma qaydası yeməklərin faydalı xüsusiyyətlərini saxlamağa kömək etməklə yanaşı, onlara manqalın unudulmaz ətrini və dadını bəxş edir. Kababın ənənəvi ləzzətini dadmaq indi çox asandır!Siz, bir neçə növ zərif ətdən hazırlanan “Flip” –i çörək və ya lavaşda, yaxud da açıq şəkildə kartof fri və ya düyü ilə dada bilərsiniz.
Bundan başqa, biz sizin pizza və pidenizə də manqalın ətrini qatmaq istədik, bunun üçün də inqredientləri öncədən manqalda qızartmağı qərara aldıq. Bununla da, Şərq və Qərb kulinariyasını bir yeməkdə birləşdirdik. Bizim bütün yeməklərimizdə ölkəmizin qədim kulinariya tarixinin bir hissəsi var. Manqaldan çıxan isti yeməklər, dadlı suplar, salatlar, sobanın ətrili məhsulları bizim qonaqpərvər məkanlarımızda Sizi gözləyir.